"Barselona" klubunun qolkiperi Yasper Silessen karyerasını "Valensiya"da davam etdirəcək.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "yarasalar" hollandiyalı qapıçı üçün 35 milyon avro ödəyib.

30 yaşlı futbolçu "Valensiya" ilə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Silessen "Barselona"ya 2016-cı ilin yayında "Ayaks"dan keçib.

Manaf Qasımbəyli