Ukrayna Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.

Open.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi "Dinamo"nun (Kiyev) saytı məlumat yayıb.

Ölkə çempionatının mayın 30-u bərpa olunacağı bildirilib. Görüşlərin koronavirus səbəbindən azarkeşsiz keçiriləcəyi vurğulanıb.