Ukraynanın “Prikarpattya” klubunun bir gündə 25 nümayəndəsi koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Klubdakı işçilərdən yalnız 5 futbolçu və 3 məşqçinin test nümunələrinin cavabları mənfi olub. Komandanın artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, “Prikarpattya” Ukrayna birinci liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.