UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərarını açıqlayıb.

Open.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandaya texniki məğlubiyyət verilib.

Nəticədə 4-cü qrupda sonuncu pilləni tutan Andrey Şevçenkonun başçılıq etdiyi kollektiv A Liqasını tərk edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.