UEFA Türkiyə milli komandasına intizam işi açıb.

Open.az xəbər verir ki, buna səbəb yığma oyunçuların AVRO-2020-nin seçmə mərhələsində Fransa matçlarında əsgər salamı verməsi olub.

Bununla bağlı Türkiyə Futbol Federasiyasına xəbərdarlıq da edilib.

Qeyd edək ki, yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər.