UEFA-nın prezidenti Aleksandr Çeferin və baş katibi Teodor Teodoritis Avrokubokların finallarından öncə koronavirus testindən keçəcəklər.

Open.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Prezident və baş katibdən həm Çempionlar Liqasının, həm Avropa Liqasının, həm də Qadınlararası Çepmionlar Liqasının həlledici görüşlərindən öncə test nümunələri götürüləcəyi bildirilib. Prosedur oyunlardan 2 gün əvvəl aparılacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı 21 avqust Almaniyada, Çempionlar Liqasının finalı 23 avqust Portuqaliyada, Qadınlararası Çempionlar Liqasının finalı isə 30 avqust İspaniyada keçiriləcək.