Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Open.az-ın UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, keçirilən 20 görüş Azərbaycanın mövqeyinə təsir etməyib. Azərbaycan 19.000 xalla 26-cıdır.

Yalnız üç ölkənin mövqeyində dəyişiklik olub. Klubları uğurla çıxış edən Çexiya 2 addımlıq irəliləyərək 14-cü pilləyə yüksəlib. Danimarka və İsveçrə isə bir addım geriləyərək müvafiq olaraq 15, 16-cı yerlərdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Manaf Qasımbəyli