Bu gün UEFA Millətlər Liqasında daha bir yarımfinal görüşü keçiriləcək.

"Report"un məlumatına görə, finala növbəti vəsiqə uğrunda görüşdə Hollandiya və İngiltərə yığmaları üz-üzə gələcək.

Bu komandalar 23 ildən sonra yenidən qarşılaşacaqlar. İki komanda arasında 1996-cı il Avropa çempionatına təsadüf etmiş ilk matçda İngiltərə böyük hesabla qalib gəlib - 4:1. Komandaların indiki heyətlərindən 10 futbolçu həmin vaxt dünyaya gəlməmişdi.

İngiltərə son 7 oyununda uduzmayıb. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv bu görüşlərdən 5-də qələbə qazanıb.

Hollandiya A Liqasında Fransa və Almaniya yığmaları ilə birgə yer aldığı 1-ci qrupun qalibi olub. İngiltərə isə 4-cü qrupda İspaniya və Xorvatiyanı geridə qoyub.

Qeyd edək ki, bugünkü qarşılaşmanın qalibi finalda Portuqaliya ilə görüşəcək. Məğlub komanda isə 3-cü yer uğrunda matçda İsveçrəyə rəqib olacaq. Son oyunlar iyunun 9-da keçiriləcək.

UEFA Millətlər Liqası