Türkiyə mətbuatı İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özilin Azərbaycanda İLİN DÖYÜŞKƏN LEGİONERİ seçilməsindən yazıb.

Open.az xəbər verir ki, "Sporx" nəşri bu barədə geniş məqalə dərc edərək, 32 yaşlı yarımmüdafiəçinin İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən qalib olduğunu xatırladıb. "2020-ci ilin ən döyüşkən futbolçusu Mesut Özil" başlıqlı xəbər nəşrin sosial media hesablarından da paylaşılaraq, xeyli bəyənmə toplayıb.

Yazıda bildirilir ki, İAM-ın sədri Elşən Məmmədov məşhur futbolçu haqqında bu fikirləri işlədib: "Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verən Mesut Özil bir türk kimi qardaş ölkənin haqq savaşında yanında olub".

Türkiyə mətbuatı Özilin Azərbaycanda mükafata layiq görülməsindən yazdı


Eyni zamanda yazıda Özilin Vətən müharibəsi dönəmində tvitterdə paylaşım edərək bu sözlərlə Azərbaycana dəstək olduğu xatırladılıb: "Bütün dünya Dağlıq Qarabağ bölgəsinin hüquqi və beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi olduğunu və qanunsuz işğal edildiyinin fərqinə varmalıdır. 2008-ci ilin martında Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütovlüyünü qəbul edib və Erməni silahlı birləşmələrinin ərazidən çıxarılmalı olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, əksəriyyətin bölüşdüyü fikri dəstəkləyirəm, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmalar ciddi həyəcan vericidir, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir".

Analoji məzmunlu xəbər "Sabah" qəzetində də yayımlanıb.

Qeyd edək ki, Mesut Özil səsverməyə qatılan 51 KİV nümayəndəsindən 20-nin səsini toplayaraq, birinci yeri tutub. (Report)

Türkiyə mətbuatı Özilin Azərbaycanda mükafata layiq görülməsindən yazdı