Türkiyəli futbolçu, hücumçu Tanju Çolak koronavirusa yoluxub.

Open.az xəbər verir ki, 57 yaşlı futbolçu yüksək hərarət səbəbindən xəstəxanaya gedib. Test nəticələri pozitiv çıxan Tanju Çolak, sosial media hesabından paylaşım edərək, Covid-19-a yoluxduğunu bildirib.

Qeyd edək ki, Tanju Çolak türk futbol tarixinin 335 gol ilə ən qolçu futbolçusu hesab olunur.

39 qol ilə Super Ligdə bir mövsümdə ən çox gol atan futbolçusu və 6 qol ilə Super Ligdə bir oyunda ən çox qol atan futbolçusu rekorduna da malikdir. Avropanın "Qızıl buts" mükafatını alan tək türk futbolçusudur.

Ülviyyə Həsənqızı

Türk futbolunun məşhur qolçusu koronavirusa yoluxdu