Cənubi Azərbaycanın "Traktor" klubunun prezidenti Qulam Rıza Sadiqian istefa verib.

Open.az xəbər verir ki, klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sadiqian qərarını Mustafa Denizlinin gedişindən 3 gün sonra açıqlayıb. O, bəzi futboldankənar insanların "Traktor"un uğurlarını istəmədiklərini bildirib. Klub rəsmisinin fikrincə, həmin şəxslər Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər.

Qeyd edək ki, "Traktor" klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.