Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik “Traktor” Asiyanın ən populyar klubu seçilib.


Open.az xəbər verir ki, bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib.

Qurumun rəsmi saytında 2020-ci il ərzində aparılmış sorğuda finala yüksələn "Traktor" həlledici səsvermədə 51,14 faiz səs yığıb. AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.

Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.