İngiltərənin "Tottenhem" klubu Kristien Eriksenə əvəzləyici tapıb.

Open.az "Cmjornal.pt" nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi portuqaliyalı futbolçu Bruno Fernandesi transfer etmək niyyətindədir. London klubu Eriksenin komandadan ayrılmaq istədiyini açıqladıqdan sonra Fernandesi danimarkalıya əvəzləyici kimi görür.

Hazırda "Sportinq Lizbon"da forma geyən futbolçu "Mançester Yunayted", PSJ, "Atletiko", "Arsenal" və "Milan"ın maraq dairəsindədir.

Qeyd edək ki, ötən mövsümdə 24 yaşlı yarımmüdafiəçi Portuqaliya çempionatında 33 matçda iştirak edib və 20 qol vurub.

Manaf Qasımbəyli