İspaniyanın "Real Madrid" klubunun futbolçusu Toni Kross Kristian Ronaldonun komandadan ayrılması ilə bağlı danışıb.

Open.az xəbər verir ki, Almaniyalı futbolçu Ronaldonun "Yuventus"a transfer olmasının komanda hər kəsi xoşbəxt etdyini bildirib: "Doğruur, Ronaldonun komandadan getməsi bizə çətinlik yaratdı. Çünki o, ən çətin vəziyyətlərdə bizim xilaskarımız olurdu. Amma onu da deməliyəm ki, Ronaldonun komandadan ayrılması hər kəsi sevindirdi. O, klubu tərk etmək istəyirdi, yeni macəra axtarırdı və bunu etdi. "Real" da bu keçiddən yaxşı pul qazandı".

Qeyd edək ki, Kristiano Ronaldo 2009-2018-ci illər ərzində "Real Madrid"in şərəfini qoruyub. Portuqaliyalı "kral klubu"nda 438 matçda çıxış edib 450 qol vurub.

Manaf Qasımbəyli