Türkiyənin Superliqa təmsilçisi "Kayserispor" futbol klubunda prezident dəyişikliyi olub.

Open.az xəbər verir ki, Kayseri təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-u keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib.

O, futbol klubunun ilk qadın prezidenti kimi Superliqa tarixinə düşüb.

Qeyd edək ki, "Kayserispor" 11 turdan sonra 7 xalla sonuncu - 18-ci yerdə qərarlaşıb.