Türkiyə Super Liqasında çıxış edən "Denizlispor" komandası baş məşqçisi Bülent Uyqunla yollarını ayırıb.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəsislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, "Denizlispor" 30 oyundan sonra 32 xalla 12-ci pillədə qərarlaşıb. Komanda 16-cı sıradakı "Kayserispor"dan 4 xal irəlidədir. Bülent Uyqun bu ilin fevralında baş məşqçi təyin olunub.