Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

Open.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

"Qəbələ" doğma meydanda "Keşlə"ni qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb. Günün digər matçında isə "Sumqayıt" evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.


19 sentyabr

"Sumqayıt" - "Səbail" 2:1
Qollar:
Süleyman Əhmədov, 9 (1:0), Rauf Əliyev, 21 (1:1), Əli Qurbani, 32 (2:1)

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena"

"Qəbələ" - "Keşlə" 0:0
Qırmızı vərəqə:
Nikolas Raysel, 67 ("Qəbələ", ikinci sarı vərəqə)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu


20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”
“Azərsun Arena”


NKlublarOQHMT-FX
1Sumqayıt32014-26
2Keşlə31201-05
3Qarabağ21102-04
4Zirə21103-24
5Sabah21013-23
6Neftçi21012-33
7Qəbələ30211-42
8Səbail30033-60