“Sumqayıt” heyətini sabiq hücumçusu Mehdi Şərifi ilə gücləndirib.

Open.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edək ki, Mehdi Şərifi 2019/20 mövsümündə "Sumqayıt"ın formasını geyinib. O, komandanın heyətində 16 oyuna çıxıb və 5 qola imza atıb.