“Sumqayıt” Cabir Əmirli və Mehdi Şərifidən sonra heyətini növbəti futbolçu ilə gücləndirib.

Open.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" İran çempionatında çıxış edən "Peykan" klubunun mərkəz müdafiəçisi, cənubi azərbaycanlı Höccət Haqverdi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Höccət Haqverdi karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışıb.