“Eybar”la dünənki La Liqa matçında (3:0) bir dəfə fərqlənən Luis Suares “Barselona”dakı qollarının sayını 184-ə çatdırıb.

Open.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Bununla da uruqvaylı futbolçu “Barselona”nın ən çox qol vuran 4 oyunçu siyahısına düşüb.

Siyahıda ilk pilləni Lionel Messi (605 qol), Sezar Rodriges (232) və Ladislav Kubala (194) tutur.