Ötən mövsümün sonunda "Qəbələ"dən (2017-2019) "Neftçi"yə keçən Stiven Jozef-Monroz klubdan ayrıla bilər.

Open.az xəbər verir ki, fransalı hücumçu maaşının artırılmasını tələb edib.

Klubla hələ 1 illik müqaviləsinin olmasına rəğmən, Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, BƏƏ, Qətər və Rusiyadan təkliflər gəlib.

Xatırladaq ki, Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.