Rusiya millisinin sabiq futbolçusu, Samaranın “Krılya Sovetov” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını başa vurub.

Open.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə "İnstagram" hesabında məlumat yayıb.

O, karyerası ərzində ona dəstək olan ailəsi, dostları, məşqçiləri, komanda yoldaşları və azarkeşlərinə təşəkkürünü bildirib: “Futbolçu kimi karyeramı başa vurmaq vaxtı gəldi. Uzun illər yaşadım, işlədim, xəyallar qurdum. Bilirdim ki, həmişə yanımdasız. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istəyirdim. Və arzularıma çatdım. Şadam ki, hər zaman mənə inandız və dəstək oldunuz”.