Azərbaycanın "Səbail" futbol klubu heyətini gücləndirib.

Open.az xəbər verir ki, Premyer Liqa təmsilçisi baxışda olan Lema Mabidi Çikito ilə rəsmi müqavilə imzalayıb.

Konqo Demokratik Respublikası yığmasının 26 yaşlı yarımmüdafiəçisi mövsümün sonuna kimi paytaxt klubunun formasını geyinəcək.

Qeyd edək ki, son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edən Çikito bu komandada 91 oyuna 7 qol vurub. Afrikalı futbolçu karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien" klublarının formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.