"Çelsi"nin baş məşqçisi Maurisio Sarri İngiltərə liqa kubokunda "Tottenhem"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra maraqlı addımı ilə yadda qalıb.

Open.az "The Sun" nəşrinə istinadən yaydığı xəbər verir ki, o, hakimin qərarının səhv olduğunu göstərmək üçün mətbuat konfransına noutbuk gətirib.

Sarri görüşün baş hakimi Maykl Oliveri VAR sistemindən istifadə vaxtı verdiyi penalti qərarının yanlış olduğunu jurnalistlərə sübut etmək üçün bu addımı atıb.

O, epizodun videoyazısını göstərərək rəqib futbolçu Harri Keynin oyundankənar vəziyyətdə olduğunu söyləyib: "Bizim kameramızdan videoya baxdım. Orada oyundankənar vəziyyət idi. Kameramız Keynlə bir xəttdə idi. Oyundankənarda onun başı və dizi idi. İngilis hakimlərin VAR sistemindən istifadə edə bildiyini düşünmürəm. Əgər sən əmin deyilsənsə, onda topu izlə və sonra qərar qəbul et. Amma o, dayandı və topun arxasınca qaçmadı".

Manaf Qasımbəyli