İtaliyanın "Milan" və "İnter" komandalarının ev oyunlarını keçirdiyi "San Siro" stadionu söküləcək.

Open.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "İnter" və "Milan" komandaları yeni stadionun tikintisi üçün "San Siro"nun sökülməsinə razılıq verib.

Tikiləcək yeni stadion 2022/2023 mövsümünə hazır olacaq və tikintisi 630 milyon avroya başa gələcək. Onun azarkeş tutumunun 60 min olacağı planlaşdırılır.

Qeyd edək ki, 19 sentyabr 1926-cı ildə inşa edilmiş “San Siro” stadionu 80 min tamaşaçı tutumuna malikdir. 1979-cu ildə arenaya ikiqat dünya çempionu Cüzeppe Meatsanın adı verilsə də, idman qurğusu tarixi adı ilə tanınır. Burada 1934 və 1990-cı ilə dünya çempionatlarının, eləcə də 1965 və 1970-ci il Avropa Çempionlar Kubokunun, 2001 və 2016-cı il Çempionlar Liqasının final oyunları keçirilib.

Manaf Qasımbəyli