Fransanın “Oser” klubunun keçmiş futbolçusu Fabris Lepol vəfat edib.

Open.az xəbər verir ki, bu barədə “Oser”in mətbuat xidməti məlumat yayıb. Lepol, mayın 22-də, avtomobil qəzasında ölüb.

Mərhum futbolçu 1993-1998 və 2000-2002-ci illər aralığında “Oser”də forma geyinib. O, 1995/96 mövsümündə Fransa çempionu olub.