Bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib.

Open.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 23-də keçiriləcək. "Bank Respublika Arena"dakı qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail"in 4 futbolçusunda koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün bu günə nəzərdə tutulan oyunun təxirə salınmasına qərar verilmişdi.