Rusiya Futbol İttifaqı milli komandanın baş məşqçisi Stanislav Çerçesovun 2020-ci ilin yayında başa çatmalı olan müqaviləsinin müddətini uzadıb.

Open.az xəbər verir ki, bu barədə yığmanın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 57 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Müqavilənin müddəti 2022-ci ilin 30 dekabr tarixinə qədərdir.

Qeyd edək ki, S.Çerçesov 2016-cı ilin avqust ayından Rusiya seçməsinə başçılıq edir. Yığma onun rəhbərliyi altında 2018-ci ildə ölkədə keçirilən dünya çempionatında tarixində ilk dəfə 1/4 finala yüksəlib. Təcrübəli mütəxəssis millini AVRO-2020-nin final mərhələsinə çıxarıb.