İtaliyanın Turin şəhərinin prokurorluğu "Yuventus"un futbolçusu Kriştianu Ronaldunun qardaşı Uqo Dinarte Santuş Aveyruya qarşı cinayət işi açıb.

Open.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, o, fırıldaqçılıqda ittiham olunur.

Aveyrunun rəhbəri olduğu "Mussara" şirkətinin Turinin "Pegaso" kompaniyasından üzərində Ronaldunun muzeyinin loqosu (CR7Museu) olan 500 000 avro dəyərində köynəklər sifariş verdiyi, bunun 150 000 min avrosunun vasitəçiyə ödənildiyi bildirilir.

Daha sonra isə "Mussara" köynəklərdən imtina edərək, istehsalın dayandırılmasını istəyib. Həmçinin şirkət hazır malların hər biri üçün qarşı tərəfə 4 avro təklif edib.