İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu paparassiləri aldadıb.

Open.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu onun istirahət zamanı şəklini çəkmək istəyən fotoqrafları ustalıqla yayındırmağı bacarıb.

Futbolçu dünən San-Remoda sevgilisi Corciana Rodrigesin aparıcısı olduğu musiqi festivalına qatılıb. Tədbirdən əvvəl o, San-Remodakı restoranlardan birini bütünlükdə bağlatdırıb. Festivaldan sonra jurnalistlər cütlüyün məhz həmin məkana gedəcəyini düşünsə də, Ronaldu Corciana ilə San-Remodan bir neçə kilometr aralıda yerləşən başqa restorana yollanıb.