"Yuventus" un ulduz futbolçusu Kristian Ronaldo 187 milyon izləyicisi olan "İnstagram" üçün gözlənilməz təklif alıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bir ABŞ investisiya şirkətinin portuqaliyalı futbolçunun "İnstagram" hesabını 1 il icarəyə götürməsi üçün 100 milyon avro təklif etdiyi iddia edilib.

Ronaldonun təklif haqda fikirləşdiyi deyilib.

Qeyd edək ki, Ronaldo "İnstagram" paylaşımlarımdan 44 milyon avro qazanıb.

Gülnar Qafarlı

Ronaldoya 100 milyon avro təklif etdilər