Dünyaca məşhur futbolçu Kristian Ronaldonun sevgilisi Corcina Rodriqes onu Millətlər Liqasının finalında qələbəsi münasibətilə təbrik edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Corcina bu haqda "İnstagram" hesabında yazıb.

"Sən mənim həyatımın sevgisisən. Səni karyerandakı növbəti qələbə münasibətilə təbrik edirəm. Sən ən yaxşısan", - deyə futbolçunun sevgilisi bildirib.

Qeyd edək ki, Millətlər Liqasının finalında Portuqaliya Hollandiya yığmasını 1:0 hesabla məğlub edib.

Gülnar Qafarlı