Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Joelson Fernandes İtaliya “Yuventus”unda çıxış edən Kristiano Ronaldonun rekordunu yeniləyib.

Open.az xəbər verir ki, hücumçu buna Portuqaliya çempionatının 29-cu turunda “Jil Visente” ilə matçda nail olub. Fernandes 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.

Ronaldo isə “Sportinq”də İtaliya “İnter”inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.

Qeyd edək ki, Ronaldo “Sportinq”də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə “Mançester Yunayted”ə keçib.