“Yuventus”un futbolçusu Kriştiano Ronaldo koronavirus pandemiyasına görə klubun zərərə uğramaması üçün məvacibinin azaldılmasına razı olub.

Open.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ronaldonun məvacibinin 30 faizindən imtina etdiyi, bununla da portuqaliyalı futbolçunun Turin klubuna 10 milyon avroluq güzəşt etdiyi bildirilib.