"Yuventus"un məşhur futbolçusu Kristian Ronaldo "Nike" ilə 6 illik sponsorluq müqaviləsi imzalayaraq tarixə düşüb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı ulduz 6 il üçün bonuslarla birgə 200 milyon avro qazanacaq.

11 sponsoru olan Ronaldonun 20 fərqli məhsulun reklam çarxlarında da oynadığı qeyd olunub.

Qeyd edək ki, 5 dəfə Çempionlar Liqası çempionu və 5 dəfə də Qızıl Top mükafatını qazanan Ronaldonun "İnstagram"da bir paylaşımı 1 milyon dollar məbləğindədir.

Gülnar Qafarlı