Çempionlar Lİqasının 1/8 finalının cavab görüşündə "Atletiko Madrid"ə qarşı het-trik edən Kristian Ronaldo matçdan sonra fikirlərini bölüşüb.

Open.az xəbər verir ki, portuqaliyalı futbolçu məhz belə oyunlarda komandaya kömək etmək üçün kluba dəvət olunduğunu bildirib: "Düzdür, "Yuventus" buna qədər belə geridönüş edə bilməmişdi. Məni komandaya belə anlarda kömək etmək üçün bura dəvət ediblər. "Atletiko Madrid" çətin rəqibdir, amma biz gücümüzü göstərdik və haqlı şəkildə növbəti mərhələyə yüksəldik".

34 yaşlı forvard qələbəni komanda oyunu sayəsində qazandıqlarını vurğulayıb: "Bu günü xüsusi etmək istəyirdik və bunu bacardıq. Biz təkcə mənim qollarım ilə yox, komanda oyunu sayəsində buna nail olduq. Çempionjlar Liqası xarakter göstərmək lazım olan turnirdir. Düşünürəm ki, biz bunu edə bildik və artıq doğru yoldayıq. Final barədə danışmaq üçün hələ tezdir, biz addım-addım irəliləmək istəyirik".

Manaf Qasımbəyli