"Yuventus"un dünya şöhrətli futbolçusu Kristian Ronaldo sevgilisi Kristina Rodriqez ilə xüsusi yaxtada istirahət edir.

Open.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Portuqaliyalı ulduzun bu istirahət üçün icarəyə götürdüyü yaxtaya həftəlik 200 min dollar (təxminən 340 min AZN) ödədiyi bildirilib.

47 metrlik yaxtada 6 yataq otağı, idman və kino salonları yerləşir.

Həmçinin cütlüyün Yunanıstanda dəniz kənarında tutduğu villa üçün də 56 min avro (təxminən 108 292 AZN) xərclədiyi qeyd edilib.

Gülnar Qafarlı