Məşhur futbolçu Kristian Ronaldonun Ketrin Mayorqa adlı qadına təcavüz etdiyi iddiaları gündəmdən düşmür.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Las-Veqas polisi hadisə barədə təəccübləndirən açıqlama verib.

Polis sözçüsü Jacinto Rivera Ronaldonun müqəssir olmadığını, sadəcə ifadə verəcəyini açıqlayıb: "Kristian Ronaldo hər hansı bir cinayətlə ittiham edilmir".

O, futbolçunun işlə bağlı ifadə verəcəyini vurğulayıb.

Qeyd edək ki, 34 yaşlı Ketrin Mayorqa adlı keçmiş model 2009-cu ildə Ronaldonun ona təcavüz etdiyini irəli sürüb. O, ulduz futbolçu ilə hadisəni gizli saxlamaq üçün razılığa gəlib və Ronaldodan 300 min dollar alıb.

Hadisə ilə bağlı istintaq başladılıb. Ötən gün daha bir amerikalı qadın da Ronaldonu təcavüzdə ittiham edib.

Gülnar Qafarlı