Karyerasında iki dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Ronaldinyo borcları səbəbilə çətin günlər keçirir.

Open.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Futbolçunun 2,5 milyon dollarlıq cəza səbəbiylə "Rio Grand do Sul" Məhkəməsi tərəfindən 57 ədəd mülkü müsadirə edilib.

Ronaldinyonun vəkili Sergio Felco Queroz onun borcları ödəməyə yönəlik müqavilə bağladığını söyləsə də rəsmi sistemdə bu borcların aktiv olaraq göründüyü bildirilib.

Əfsanə futbolçunun iki pasportu olmasına baxmayaraq, ölkə xaricinə çıxma qadağası da qoyulub.

Gülnar Qafarlı