İtaliyanın "Roma" klubu kapitan Daniele De Rossinin mövsümün sonunda komandadan ayrılacağını elan edib.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını başqa klubda davam etdirəcək.

İtaliyalı yarımmüdafiəçi "Roma"da son matçını mayın 26-da İtaliya A seriyasının XXXVIII turunda Roma Olimpiya stadionunda "Parma"ya qarşı keçirəcək.

Qeyd edək ki, Daniele De Rossi peşəkar karyerasına 2002-ci ilə "Roma" klubunda başlayıb. O, "canavarlar" ilə 2 ölkə kuboku və 1 ölkə super kuboku qazanıb. 2006-cı ildə İtaiya yığması ilə dünya çempionu olub.

Manaf Qasımbəyli