Futbol üzrə Azərbaycanın yığmasının hücumçusu Renat Dadaşov "Luletano" ilə matçdakı əlavə vaxtda qələbə qolunu (2:1) vuraraq çıxış etdiyi "Pasuş de Ferreyra" komandasını Portuqaliya Kubokunun növbəti mərhələsinə çıxarıb.

Bu barədə Oen.az klubun saytına istinadən xəbər verir.

Qeyd edilir ki, onun 110-cu dəqiqədə vurduğu qol komandasının ölkə kubokunda çıxışını davam etdirməyə imkan verib.

Qeyd edək ki, R.Dadaşov İngiltərənin "Vulverhemtron" klubu ilə müqavilə imzalayıb. Lakin icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" komandasında çıxış edir.