İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu transfer edib.

Open.az "Report"a istinadən xəbər verir ki, Vulverhempton şəhərinin eyni adlı təmsilçisi 20 yaşlı hücumçunu Portuqaliyanın I divizonunda yer alan “Eştoril”dən alıb və dərhal da icarəyə verib.

Dadaşov növbəti mövsümdə Portuqaliya Premyer Liqasında yarışan “Pakuş de Ferreyra”nın formasını geyinəcək.

Transferin məbləği və müqavilənin detalları barədə məlumat verilmir.