"Ayntraxt"ın hücumçusu serbiyalı Luka Yoviç "Real Madrid"ə transfer olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı oyunçunun "Real Madrid"lə 5 illik müqavilə bağladığı açıqlanıb.

Alman və İspan mətbuatında, Yoviçin 60 milyon avroya transfer olduğu bildirilib.

Bu mövsüm Bundesliqada 32 matçda 17 qol vuran Yoviç 6 asist edib.

Gülnar Qafarlı