Madrid “Real”ının sabiq futbolçusu Royston Drente müflis olub.

Open.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Niderlandda Breda məhkəməsi dekabrın 1-də Drentenin bütün sərvətini itirdiyini açıqlayıb. 33 yaşlı niderlandlı futbolçu yerli mətbuata açıqlamasında, bu vəziyyətin onu narahat etmədiyini bildirib.

Drente 2017-ci ildə menecerlərinin maliyyə fırıldaqlarına görə külli miqdarda pul itirdiyini açıqlamışdı.

Hazırda Niderlandın 3-cü liqa təmsilçisi “Kozakken Boyz”da forma geyinən Drente, 2007-2012-ci illər aralığında “Real”da çıxış edib.