“Real”ın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qalatasaray”la ev oyunu üçün heyəti açıqlanıb.

Open.az klubun rəsmi sayına istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidan zədəli futbolçular Marko Asensio, Naço , Qaret Beyl və Xames Rodriqesi heyətə daxil etməyib:

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube

Müdafiəçilər: Dani Karvahal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Marselo, Benjamin Mendi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Federiko Valverde, İsko

Hücumçular: Eden Hazard, Kərim Benzema, Lukas Vaskes, Luka Yoviç, Rodriqo Qoes

Qeyd edək ki, “Real” - “Qalatasaray” matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.