İspaniyanın "Real Madrid" klubu heyətinə yeni futbolçu cəlb edib.

Open.az xəbər verir ki, "Malaqa"nın müdafiəçisi Joze Lopez Martines karyerasını Madrid klubunda davam etdirəcək.

17 yaşlı müdafiəçi bu barədə şəxsi "İnstagram" səhifəsində paylaşım edib. O, "Real Madrid"lə müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, gənc futbolçu İspaniyanın U-17 millisində çıxış edir.

Manaf Qasımbəyli