"Real Madrid"in fransalı futbolçusu Rafael Varan klubu tərk edə bilər.

Open.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi özünü başqa çempionatda yoxlamaq fikrindədir.

Buna görə də futbolçu "Real"dan ayrılmaq istəyir. Hətta Zinəddin Zidanın baş məşqçi postuna qayıtması belə, futbolçunu fikrindən daşındırmır.

Qeyd edək ki, Rafael Varan "Real"a 2011-ci ildə "Real Madrid"ə transfer olub. Fransalı futbolçu ötən il müqaviləsini 2022-ci ilin iyun ayına qədər yeniləmişdi.

Manaf Qasımbəyli