İngiltərə liqa kubokunun ilk yarımfinal görüşündə "Mançester Siti" "Burton"u 9:0 hesabı ilə məğlub edib.

Open.az xəbər verir ki, bu böyükhesablı qələbə ilə Xosep Qvardiola şəxsi rekordunu yeniləyib.

Bundan əvvəl 2011-ci ildə rəhbərlik etdiyi "Barselona" klubu İspaniya kubokunda "La Hospitalet'ini eyni hesabla məğlub etmişdi.

Matçın qollarını oyunun 5-ci dəqiqəsində Kevin De Bruyne, 30, 34, 57 və 65-ci dəqiqələrində Qabriel Jesus, 37-ci dəqiqədə Aleksandr Zinçenko, 62-ci dəqiqədə Filip Foden, 70-ci dəqiqədə Uolker və 83-cü dəqiqədə Riyad Mahrez vurub. İki komanda arasında oynanılacaq cavab görüşü yanvarın 23-də baş tutacaq.

Manaf Qasımbəyli