"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Şalke" ilə keçirilən matçdan sonrakı mətbuat konfransında "Bavariya" komandası haqda xoş sözlər deyib.

Open.az xəbər verir ki, ispaniyalı mütəxəssis 1/4 finala "Bavariya"nın yüksəlməyini istədiyini bildirib: ""Bavariya" çox yaxşı klubdur və mənim bir hissəm onlarladır. Onların "Liverpul"u məğlub edib növbəti mərhələyə yüksəlməsini istəyirəm. Çünki orada çoxlu dostum var".

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə "Bavariya" - "Liverpul" ilə qarşılaşacaq. İngiltərədə keçirilən ilk matç 0:0 hesabı ilə başa çatıb.

Manaf Qasımbəyli