"Gec ya tez "Barselona"ya qayıdacağam, amma klubun prezidenti kimi yox".

Open.az xəbər verir ki, bunu İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Barselona"ya mümkün qayıdışı barədə danışarkən deyib.

İspaniyalı mütəxəsis "Barselona"da möhtəşəm illər keçirdiyini və bir gün yenidən ora qayıdacağını bildirib: "Barselona" mənim evimdir. Orada həm futbolçu, həm də baş məşqçi kimi möhtəşəm illər keçirmişəm. Gec ya tez Barselonaya qayıdacağam. Amma əmin ola bilərsiniz ki, klubun prezidenti olmayacağam.

Qeyd eək ki, Xosep Qvardiola 2008-2012-ci illər ərzində "Barselona" klubuna rəhbərlik edib və 4 mövsüm ərzində 14 titul qazanıb.

Manaf Qasımbəyli